Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması

Zəruri olan sənədlərin siyahısı:

  • Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə (notariat qaydasında təsdiq olunmalıdır);
  • Təsisçi-fiziki şəxslər barədə məlumat (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səxsiyyətini təsdiq edən sənədin (pasport) surətləri ərizəyə əlavə edilir.)
  • Təsisçi-hüquqi şəxslər barədə məlumat formaları; 
  • Təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə 2 nüsxədə; 
  • Qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərar;
  • Təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);
  • Təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq sənəd (leqallaşdırılmalıdır);
  • Müşahidə şurasının üzvləri barədə məlumat - ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (səxsiyyət vəsiqəsinin (pasport) surətləri ərizəyə əlavə edilməlidir);
  • Hüquqi ünvanı təsdiq edən sənəd; (mülkiyyətçi fiziki şəxs olduqda razılıq ərizəsi notarial qaydada təsdiq edilir, Hüquqi şəxas olduqda möhürlə təsdiqlənir, mülkiyyəti təsdiq edən sənəd təqdim edildikdə onun surəti notarial qaydada təsdiq edilməlidir.)
  • Nizamnamə kapitalının və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
  • Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə  notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir), etibarnamə müvafiq qaydada leqallaşdırılmalıdır. 

Sənədin icra müddəti və xidmətin göstərilməsinin nəticəsi:

  • İcra müddəti 3 iş günü;
  • Qeydiyyata alınmış hüquqi şəxsə aşağıdakı sənədlər təqdim edilir:
  • Hüquqi şəxsin nizamnaməsi;
  • Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (VÖEN);
  • Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı.
Dövlət rüsumunun məbləği:

Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması  - 11 manat.

Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı - 3 manat.