Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Xarici kommersiya hüquqi şəxslərinin nümayəndəliyi və ya filialının dövlət qeydiyyatına alınması

Xidməti həyata keçirən orqan

          Azərbaycan Respublikasının Vergilər Nazirliyi.


Zəruri olan sənədlərin siyahısı:

  • Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə  (notariat qaydasında təsdiq olunmalıdır);
  • Təsisçi-hüquqi şəxslər barədə məlumat; 
  • Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə;
  • Nümayəndəliyin və ya filialın yaradılması və onun rəhbərinin və ya qanuni təmsilçisinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
  • Nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər - qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (müvafiq qaydada leqallaşdırılmalıdır);
  • Nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd; (mülkiyyətçi fiziki şəxs olduqda razılıq ərizəsi notarial qaydada təsdiq edilir, Hüquqi şəxs olduqda möhürlə təsdiqlənir, mülkiyyəti təsdiq edən sənəd təqdim edildikdə onun surəti notarial qaydada təsdiq edilməlidir.)
  • Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
  • Etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə  notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir), etibarnamə müvafiq qaydada leqallaşdırılmalıdır.
  • Rəhbərə verilmiş etibarnamə notarial qaydada təsdiq edilir və müvafiq qaydada leqallaşdırılır.

 

Sənədin icra müddəti və xidmətin göstərilməsinin nəticəsi:

  • İcra müddəti 3 iş gün;
  • Qeydiyyata alınmış hüquqi şəxsə aşağıdakı sənədlər təqdim edilir;
  • Xarici hüquqi şəxsin filial və nümayəndəliyinin əsasnaməsi;
  • "Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (VÖEN);
  • Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı.
Dövlət rüsumunun məbləği:

Xarici hüquqi şəxslərin filialı və nümayəndəliklərinin qeydiyyatı - 220 manat