Please ensure Javascript is enabled for purposes of website accessibility

Asiya İnkişaf Bankının nümayəndə heyəti “ASAN xidmət”də

23 iyun 2018-ci il tarixində Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajinin başçılığı ilə bankın Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Masallı “ASAN Həyat” kompleksinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 22 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

A- A A+

Digər press-relizlər