Please ensure Javascript is enabled for purposes of website accessibility

BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri "ASAN xidmət" də

5 aprel 2018-ci il tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransı çərçivəsində ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonağı salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 20 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

A- A A+

Digər press-relizlər