21 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
18-23 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin iclasında iştirak etmək məqsədi ilə Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib.
19 sentyabr 2018-ci il tarixində Ukrayna Respublikasının Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyukun başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.
19 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Asiya İnkişaf Bankının ekspertləri ilə görüş keçirilib.
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsi çərçivəsində “Bilik günü” ilə əlaqədar olaraq “Deloitte & Touche” şirkətinin tərəfdaşlığı, “Personaj Agency”, “Qafqaz Sport Hotel” və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qəbələ şəhərində yaşayan, www.asanmektub.az saytında öz arzularını yerləşdirən 20 uşağa hədiyyələr verilib.
Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Zabrat qəsəbəsində səyyar formada xidmətlərin həyata keçirilməsi müddəti 28 sentyabr tarixinədək artırılıb.
12 sentyabr 2018-ci il tarixində “ASAN Viza”ya müraciət edən 100 yaşlı şəxs, Bolqarıstan əsilli İsrail vətəndaşı Danon Yaakov “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.