Please ensure Javascript is enabled for purposes of website accessibility
ASAN könüllülərindən ahıl şəxslər üçün növbəti təşəbbüs Ətraflı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları ASAN könullüləri tərəfindən toplanaraq www.asanmektub.az saytına yerləşdiriləcək. Eyni zamanda müraciətlər 108(5) "Çağrı" mərkəzi vasitəsi ilə də qeydə alınacaq.

“ASAN bot” tətbiqi istifadəyə verilib Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanmış “ASAN bot” sistemi istifadəyə verilib. “ASAN bot” bir süni intellekt məhsulu olan çatbotdur. İlkin olaraq pilot versiyada istifadəyə v...

Dövlət Agentliyi "işlərin evdən idarəolunması" sistemini tətbiq edib Ətraflı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın ölkədə mövcud durumla bağlı aldığı qərarları rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində də iş rejimində əsaslı dəyişikliklər edilib.

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək Ətraflı

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xi...

Dövlət Agentliyi ilə Boqor Şəhəri Hökuməti arasında Protokol imzalanıb Ətraflı

13 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının Boqor Şəhəri Hökuməti arasında Boqor Şəhəri Dövlət Xidmətləri Mərkəzinin təkmilləşdirilməsi haqqında Protokolun imzalanması mərasimi keçirilib.

Dövlət Agentliyinin sədri İsrail səfiri ilə görüşüb Ətraflı

12 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.

Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 4 – 18 mart Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Hacıqabul, Ağstafa, Xırdalan, Siyəzən, Cəlilabad rayonunun Göytəpə şəhəri, Naftalan, Ucar, Tovuz rayonunun Qovlar şəhəri, Balakən və Saatlıda vətəndaşlara səyyar formada xidmət göstərəcək.