Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib Ətraflı

5 dekabr 2019-cu il tarixində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Bu çərçivədə ölkədə fəaliyyət göstərən bütün könüllü...

Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də Ətraflı

4 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Xorvatiya Respublikasının Rəqəmsal Cəmiyyətin İnkişafı üzrə Mərkəzi Dövlət Ofisində Dövlət katibi Bernard Qrşiç və Belarus Respublikasının rabitə və informasiya naziri Konstantin Şulqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Agentliyinin sədri Fransa səfiri ilə görüşüb Ətraflı

28 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb Ətraflı

26 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2018-2019-cu il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.

"ASAN xidmət"dən qadın şiddətinə qarşı sosial mesaj Ətraflı

"ASAN xidmət" Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə #zorakiligaqarsibirlikde - sosial aksiyasını təşkil edib. Belə ki, “ASAN xidmət”də şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət edən vətəndaşlara öz fotoları əvəzinə şiddətə məruz qalmış qadın fotosu göstərilib.

Dövlət Agentliyinin nümayəndə heyəti İndoneziyanın Qərbi Sumatra vilayətinə səfər edib Ətraflı

16-19 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İndoneziya Respublikasına səfər edib. Səfər Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Naziriliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası və “ASAN xidmət” modeli əsasında dövl...