Please ensure Javascript is enabled for purposes of website accessibility
Baronessa Nikolsan “ASAN xidmət”də Ətraflı

22 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts ilə görüşüb.

“Rəqəmsallıqla Reallığa” tədbiri keçirilib Ətraflı

19 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsallıqla Reallığa” adlı tədbir keçirilib.

Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 19 – 28 fevral Zığ qəsəbəsində, 1 fevral – 2 mart Kürdəmir, Şəmkir, Masazır, Xaçmaz, Lənkəran, Goranboy, Göyçay, Şirvan və Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar ASAN Kommunal Səbaildə Ətraflı

14 - 28 fevral 2019-cu il tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhərinin Səbail rayonunda səyyar formada xidmətlər həyata keçiriləcək.

“ASAN xidmət” VII “Dünya Hökumət Sammiti”ndə Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti VII “Dünya Hökumət Sammiti”ndə iştirak etmək məqsədilə Dubay şəhərinə səfər edib.

“ASAN Viza” vasitəsi ilə 1 milyonuncu viza verilib Ətraflı

1 000 000-cu “ASAN Viza” sahibi Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında qarşılanıb. Bu viza Fransa vətəndaşı Louis Henri Samoyaulta verilib. 1 000 000-cu vizanın sahibi kimi Louis Henri Samoyaulta “ABAD” tərəfindən xüsusi hədiyyə və Şahdağ Turizm Mərkəzinin istirahət vauçeri təqdim olunub.