Please ensure Javascript is enabled for purposes of website accessibility
“ASAN Viza” vasitəsi ilə 1 milyonuncu viza verilib Ətraflı

1 000 000-cu “ASAN Viza” sahibi Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında qarşılanıb. Bu viza Fransa vətəndaşı Louis Henri Samoyaulta verilib. 1 000 000-cu vizanın sahibi kimi Louis Henri Samoyaulta “ABAD” tərəfindən xüsusi hədiyyə və Şahdağ Turizm Mərkəzinin istirahət vauçeri təqdim olunub.

ASAN Könüllüləri yenidən səhnədə Ətraflı

5 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri görkəmli dramaturq Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesini səhnələşdiriblər.

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib Ətraflı

1 fevral 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən 2 fevral Gənclər Gününə həsr olunmuş “Gəncliyin səsi” festivalının açılış mərasimi baş tutub.

Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 1 – 15 fevral Hövsan qəsəbəsində, 1 fevral – 2 mart Kürdəmir, Şəmkir, Masazır, Xaçmaz, Lənkəran, Goranboy, Göyçay, Şirvan və Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Dövlət Agentliyinin sədri Davos şəhərinə səfər edib Ətraflı

21-25 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Davos şəhərinə səfər edib.

Enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı prosedur sadələşdirilib Ətraflı

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli 437 nömrəli Fərmanına uyğun olaraq sahibkarların tələb olunan gücü 150 kVt-a qəd...